Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu hazırlanır

 10:54 10.03.2022     320

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər nəğmələri” adlı albomu çap olunacaq.

Redaktor.az xəbər verir ki, albomda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının son 30 ildə yaradıcılığına daxil etdiyi hərbi vətənpərvərlik mahnı və marşları yer alacaq.

01.02.2022-01.05.2022-ci il tarixlərini əhatə edən layihə çərçivəsində “Zəfər nəğmələri” adlı albomunun hazırlanmasında əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.

“Zəfər nəğmələri” adlı albomun təhsil müəssisələrində, səfərbərlik şöbələrində vıə ordu birliklərində yayılması nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən