Mehriban Ələkbərzadə "Yuğ"dan başqa teatra "transfer olundu"
Tanınmış teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb.
Redaktor.az xəbər verir ki, bu barədə teatrın rəsmi səhifəsində paylaşım edilib. Bildirilib ki, o, mədəniyyət naziri
Anar Kərimovun əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.












