Qənirə Paşayeva Özbəkistanın fəal qadınları ilə görüşdü - FOTO

 14:21 18.04.2022     402

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamova və qardaş ölkənin fəal qadınları ilə görüşüb.

Qənirə Paşayeva Özbəkistan Baş nazirin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamova ilə görüş zamanı Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, by günü və gələcək prespektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib. Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamovaya və bu ölkənin fəal qadınlarına ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, 44 günlük Vətən müharibəsi, qazandığımız Zəfər və son vəziyyətlə bağlı geniş məlumatlar verib. O, bu məsələdə Özbəkistanın hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə və xalqına minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq deyib. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən Mədəniyyət komitəsi sədri Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşdüyünü deyib. Özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb.

Özbəkistan Baş nazirin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamova Q.Paşayevanı salamlayaraq qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlıyıq, dövlət başçımızın siyasətində də bu məsələyə böyük önəm verilir deyib. İnanırıq ki əməkdaşlığımızın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar deyən baş nazir müavini bu istiqamətdə Q.Paşayevanın səsləndirdiyi təklifləri dəstəkləyib və bəzi təkliflərlə çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinim sədri Q.Paşayeva Özbəkistan Baş nazirin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib. Azərbaycanla daha çox ortaq layihələr və işlərə görməkdə çox maraqlıyıq deyən Özbəkistan Baş nazirin müavini,Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Zulayxo Maxkamova və bu ölkənin fəal qadınları Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyarıq deyiblər. Görüş zamanı Özbəkistan qadınlarının cəmiyyətin həyatında aktiv rolu, həyata keçirilən işlər barədə də geniş məlumatlar verilib, tanınmış qadınlar çıxış edərək iki qardaş ölkə qadınları arasında əməkdaşlığın daha da artmasının vacibliyini xüsusi vurğulayıblar.

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri Baş nazir müavini və fəal qadınlara Qarabağ motivli hədiyyələr, tanınmış rəssamımız Sakit Məmmədovun “Azərbaycan qızı və Özbəkistan qızı” əsərini, Aygün Nağıyevanın “Xarıbülbül” əsərini, modelyer Afaq İsmayılzadənin Xarıbülbül motivli millli geyimini hədiyyə ediblər. Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.

2222222
Vumart və Güvən reklamı Vumart Güvən