Munis Şərifovun 60 illiyi qeyd olundu - FOTO
Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, kamança ustadı Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Redaktor.az xəbər verir ki, konsert proqramı türk dünyasının görkəmli musiqiçilərinin Xalq artisti haqqında fikirlərinin videoçıxışları ilə başlayıb.
Daha sonra BMM-nin solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin və bir sıra mədəniyyət xadimlərinin çıxışları təqdim olunub.
Qeyd edək ki, Xalq artisti Munis Şərifov həm də dünyada yeganə çəqanə ifaçısıdır.












