Azərbaycan Ermənistana iştirakçı göndərəcək? - FOTO/VİDEO

 21:04 20.04.2022     320

Bu il İrəvanda keçirilməsi planlaşdırılan Uşaq- Avroviziya mahnı müsabiqəsində yer alacaq ölkələr iştiraklarını təsdiqləməyə başlayıb.  

Redaktor.az xəbər verir ki, dekabrın 11-də Karen Dəmirciyan İdman-Konsert Kompleksində keçiriləcək yarışmada səhnəyə çıxacaq sənətçilərin adları isə hələlik açıqlanmayıb. Bununla yanaşı, bir neçə ölkə festivalda yer almayacağını vurğulayıb. 

2021-ci ildə Parisdə keçirilən şouda 5-ci olan təmsilçimiz Sona Əzizovanın bu il qatılıb-qatılmayacağı sual yaradıb. 

İTV-nin mətbuat xidmətindən bildirilib ki, Uşaq-Avroviziya ilə bağlı konkret qərar verilməyib:

“Hazırda əsas Avroviziya mahnı müsabiqəsinə bütün diqqət yönəlib.  Uşaqlar üçün nəzərdə tutulan yarışma barədə isə heç bir məlumat yoxdur” (olay). 

Vumart və Güvən reklamı Vumart Güvən