Komitə sədri Teymur Zeynalovu təbrik etdi - FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış alim, Dos.Dr. Teymur Zeynalovu 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Redaktor.az-ın məlumatına görə, millət vəkili “Tərəqqi” medallı alimə ən xoş diləklərini çatdırıb.
Q.Paşayeva Teymur Zeynalova komitə adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
