“Köhnə çamadanlar” bədii filminin təqdimatı oldu - FOTO

 00:39 01.05.2022     147

Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr MMC-nin istehsalı olan “Köhnə çamadanlar” bədii filminin təqdimatı olub.

Redaktor.az xəbər verir ki, yeni inklüziv kino nümünəsi olan filmin baş sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “RS Production”, digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir.

Təqdimat tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, digər hökumət və qeyir-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri,  müharibə iştirakçıları iştirak edib.

Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində mühüm tədbirlər görülür. Eyni zamanda, bu kateqoriyada aid şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi üçün çoxsaylı inklüziv layihələr icra olunur.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də bu sahədə fəal dövlət siyasətinin təzahürüdür. Cənubi Qafqazda geniş fəaliyyət sahələrinə malik ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəz əlilliyi olan insanların istedad və inteqrasiyasına dəstək yönümlü çoxşaxəli fəaliyyəti ilə seçilir.

Mərkəzin də qoşulduğu layihə çərçivəsində ərsəyə gələn “Köhnə çamadanlar” filmi də yeni inkluziv yaradıcılıq nümunəsidir. 90 nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs (müharibə əlilləri və digər əlilliyi olan istedadlı şəxslər) də iştirak edib.

Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır. Elə 44 günlük Vətən müharibəsinin bəzi iştirakçıları da filmdə iştirak edirlər.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılovadır.

Filmdə xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və b. çəkilib.

222222222222