Ölkəmiz beynəlxalq rəqs festivalında uğur qazanıb - FOTO

 01:13 02.05.2022     117

Özbəkistanın Xiva şəhərində keçirilən “Lazgi” Beynəlxalq Rəqs Festivalında iştirak edən Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam qala-konsert proqramında iştirak edərək, dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas arasında 2-ci yerə layiq gürülüb.

Redaktor.az xəbər verir ki ansamblın solistləri, əməkdar artistlər Elnur Süleymanov, Nigar Şahmuradova, Viktoriya Şahmuradova və Günel Şeyxovanın əsrarəngiz rəqsləri, eləcə də kollektiv çıxışlar tamaşaçı və münsiflər tərəfindən rəğbətlə qarşılanıb.

Özbəkistan mədəniyyət naziri Ozodbek Axmadoviç Nazarbekov Azərbaycan artistləri ilə görüşərək onları qazanılan uğur münasibəti ilə təbrik edib.

Öz növbəsində, ansamblın direktoru kollektiv adından Özbəkistan Dövlət Rəqs ansamblı “Baxor” ansamblına milli qadın rəqs geyimi hədiyyə edib.

Kollektivə əməkdar mədəniyyət işçisi Elçin Abbasov rəhbərlik edib.

Baletmeyster əməkdar artist Ceyhun Qubadovdur.