Qənirə Paşayeva Xalq artistini təbrik etdi - FOTO

 15:59 02.05.2022     282

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış kaman ustası, Xalq artisti Munis Şərifovla görüşüb, onu 65 illik yubileyi münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Qənirə Paşayeva yubilyara təbrik məktubu təqdim edib, xatirə hədiyyəsi bağışlayıb.

Xalq artisti komitə sədrinə səmimi görüş və təbrik üçün təşəkkür edib.

22