Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU

 22:24 18.05.2022     399

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.

Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.