Özbəkistanın “Özbegim Yoshları” konsertində Azərbaycan da təmsil olundu - FOTO

 11:49 24.05.2022     455

Daşkənddə “Türkiston” sarayında Özbəkistanın dünyada tanınmış məşhur “Özbegim Yoshları” musiqi qrupunun 18 illiyi ilə əlaqədar böyük konsert proqramı keçirilib. Konsert proqramına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi dəstək göstərib.

Redaktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və əməkdaşları, çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbirdə Özbəkistan musiqiləri ilə yanaşı Azərbaycan musiqiləri də ifa edilib. Özbəkistanın xalq artisti Jenisbek Piyazov böyük Azərbaycan baritonu, Azərbaycan və SSRİ-nin xalq artisti Müslim Maqomayevin "More" mahnısını, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova Azərbaycan, SSRİ, həm də Özbəkistanın xalq artisti Zeynəb Xanlarovanın “Bülbülüm” mahnısı ifa ediblər.

Konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin "Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı "Qafqaz rəqsini"  və "Güllər kompozisiyası" rəqslərini ifa ediblər.

Qeyd edək ki, “Özbegim Yoshları” musiqi qrupu dünyanın 30-dən çox ölkəsində - Fransa, Amerika, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmiş və çoxsaylı mükafatlara layiq görülüb. Musiqi qrupunun Özbək mədəniyyəti, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdir və qrupda özbək musiqisinin bütün sahələrinin vokal, estrada, makom, şərq rəqslərinin əhatə olunur.

222222