Qənirə Paşayeva parlamentdə qəbul keçirdi - FOTO

 16:44 24.05.2022     439

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimai fəallarla görüşüb.

Redaktor.az xəbər verir ki, komitə sədri parlamentin ənənəvi vətəndaş qəbulu günündə yaradıcı ziyalılar – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, xanəndə Mütəllim Dəmirov, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin qurucu rəhbəri Sabir Həsənov, sənətşünas Şahnaz Sadıqlı, yaradıcı yeni nəslin nümayəndələri Aysel Səfərli, Arzu Murad, Rəşad Mahmudoğlu, Zaur Sahil, gənc dekorativ tətbiqi sənət ustası Səadət Abdullayeva və onun müəllimi, qabaqcıl təhsil işçisi Rəsmiyyə Mahmudova, COJEP Beynəlxalq Təşkilatının Avrasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova, İstanbul Dövlət Konservatoriyasının tələbəsi Fuad Cavadzadə, araşdırmaçı-yazar, təhsil işçisi Könül S.Məmmədova ilə görüşüb.

Komitə sədri öz yaradıcılıqları ilə - sənət, peşə və araşdırma fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, vətənpərvərlik tərbiyəsi işinə töhfə verən görüş iştirakçılarına arzularını söyləyib, onlara uğurlar diləyib. Komitə sədri görüş iştirakçıları ilə ətraflı fikir mübadiləsi aparıb, yaradıcılıq uğurları, planları, qayğıları ilə maraqlanıb.

Sənətçilər, mədəniyyət işçiləri və gənclər səmimi görüş, fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.