Diaspor fəalı tarixi artefaktı Azərbaycana qaytardı - FOTO

 13:18 16.07.2022     350

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, diasporumuzun fəal üzvlərindən biri Yeganə Salman Milli Azərbaycan Tarixi Muzeyində olub.

Redaktor.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, muzeyin icraçı direktoru Fərhad Cabbarovla görüşən Yeganə Salman ötçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaşımız tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə edib.

Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. II minilliyin sonu-I minilliyin əvvələri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov Azərbaycanın qədim tarixinin bir parçası olan eksponatın Vətənə qaytardığına görə Yeganə xanıma öz təşəkkürünü bildirib və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzulayıb.

2