Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üçün qeydiyyat başlayır

 14:27 18.07.2022     307

Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Redaktor.az-a bildirilib ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında bu gün 17:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola ve imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan