Millət vəkili şəhid xanımları ilə görüşdü

 16:11 18.07.2022     270

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidlərimiz Nurlan Vəliyevin xanımı Günel Sadıqova və Zülfüqar Abbasovun xanımı Aytən Abbasova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Tovuz rayonununda baş tutan görüşdə, şəhid xanımlarının ürək sözlərini dinləyən Q.Paşayeva dövlətin, xalqın şəhid ailələrinin yanında olduğunu, həmişə də belə olacağını söyləyib.

Q.Paşayeva şəhid xanımlarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Nurlan Habil oğlu Vəliyev (04.04.1994, Qovlar, Tovuz — 29.09.2020, Kəlbəcər) Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Nəhayət, nəşi tapılıb və 25.12.2020-ci ildə dəfn olunub. O, Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında "Vətən uğrunda" (24.06.2021) və "Kəlbəcərin azad olunmasına görə" (24.06.2021) medalları ilə təltif olunub. Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Zülfüqar Bayram oğlu Abbasov (24.12.1995; Gədəbəy — 10.11.2020, Xocavənd) Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Xocavənd döyüşləri zamanı şəhid olub. O, Tovuz rayonunda dəfn olunub.

"Vətən uğrunda" (15.12.2020), "Xocavəndin azad olunmasına görə" (25.12.2020), "Füzulinin azad olunmasına görə" (25.12.2020), Hərbi xidmətlərə görə (30.12.2020) medalları ilə təltif olunub.

Ailəli idi, bir övladı yadigar qalıb.

Şəhidlərimizin ruhu şad olsun!