Şuşada keçiriləcək qala konsert təxirə salındı - FOTO

 12:30 06.08.2022     1013

Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən  VIII “Muğam” Televiziya Müsabiqəsinin Şuşada nəzərdə tutulan qala konserti təxirə salınıb. 

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Televiziyasının sosial şəbəkə hesabında paylaşılıb. 

Bildirilib ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq VIII “Muğam” müsabiqəsinin qala-konserti başqa tarixə keçirilib. 

Qeyd edək ki, qala konsertin Şuşa şəhərində keçirilməsi nəzərdə tutulurdu.

 

Bizimlə əlaqə saxlayın