Xalq artistinin səhhəti yenidən AĞIRLAŞDI

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Redaktor.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, aktyordan ikinci dəfə götürülən COVID-19 testinin nəticəsi də pozitiv çıxıb:
"Hazırda atamın vəziyyəti o qədər də yaxşı deyil. Sentyabrın 2-də atamdan götürülən koronavirus testinin nəticəsi pozitiv çıxdı. Saturasiyası normal olsa da, bəzən oksigen çatışmazlığı ilə üzləşir. Təzyiqi və şəkər səviyyəsi normadan aşağı düşüb. Vəziyyətinin özünə gəlməsi üçün hələ ki, təzyiq və şəkərin səviyyəsi normal həddə gətirilməlidir. Koronavirus testinin nəticəsi neqativ çıxdıqdan sonra isə maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçməlidir".
Aktyor hazırda evindədir.