Fillər Bakıda şou göstərəcək

 16:50 08.09.2022     371

Bakı Dövlət Sirkinə “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir

Bu barədə Redaktor.az-a Dövlət Sirkindən məlumat verilib.

Bildirilib ki, proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur. Sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastların fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək.

Beynəlxalq sirk proqramı oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək.

Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən