Azərbaycanda bütün təntənəli tədbirlər təxirə salındı

 13:12 14.09.2022     728

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.