19 ildən sonra Azərbaycana qayıdan tanınmış bəstəkara ağır itki üz verdi

 20:45 22.09.2022     232

Əməkdar incəsənət xadimi, məhşur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib. 

Redaktor.az verir ki, onun qardaşı Elşad Quliyev 69 yaşında dünyasını dəyişib. 

Bu haqda "BAKU.WS"ə açıqlama verən məşhur məlumatı təsdiqləyib və hazırda yolda olduğunu, hüzur getdiyini bildirib: 

"Qardaşım bu gün rəhmətə gedib. Ölüm haqdır. Bizim hər birimizi gözləyir. Qardaşım uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi, bu gün isə haqqın rəhmətinə qovuşdu".

Cavanşir Quliyevin qardaşı Elşad Quliyev əvvəllər diş həkimi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bəstəkar Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb. 19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.