"Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm" - Mingəçevir Teatrında baş rejissorla direktor arasında QALMAQAL

 13:11 23.09.2022     234

Mədəniyyət Nazirliyinin Daxili Audit Şöbəsi Mingəçevir Teatrında araşdırmalara başlayıb.

Redaktor.az xəbər verir ki, araşdırmalara Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyevin teatrın direktoru Anar Quliyevin vəzifəsindən sui-istifadə edərək, teatrı şəxsi biznesi kimi idarə etməsi ilə bağlı şikayəti səbəb olub.

Qeyd edək ki, ötən gün Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev verdiyi açıqlamada teatrda 10-12 nəfər “ölü can”ın olduğunu bildirib.

İddiaya görə, adı ştat cədvəlində olan bu şəxslər işə çıxmır, onlara yazılan maaş isə rəhbərlik tərəfindən mənimsənilir.

Rejissorun teatrın canlanması üçün ştatda olub fəaliyyəti olmayan şəxsləri çıxarıb yerinə yeni aktyorlar dəvət etmək təklifinə Anar Quliyevin “Mədəniyyət Nazirliyi, konkret olaraq Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm”- deyə cavab verdiyi bildirilir (bakupost).