Anar Yazıçılar Birliyinin sədrliyindən gedir -  Yeni sədr seçiləcək

 14:48 24.09.2022     411

Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni sədr gətiriləcək.

Redaktor.az Publika.az-a istinadən xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçiləcək.

Məlumata görə, oktyabrın altısında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı baş tutacaq. Mənbələrimizin bildirdiyinə görə, yeni sədr kimi Xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüləcək.

Qeyd edək ki, AYB-nin hazırkı sədri Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən adıçəkilən qurumun sədri kimi fəaliyyət göstərir.

Vumart və Güvən reklamı Vumart Güvən