Bakıda Xurşidbanu Natəvanın əsərlərinin özbək dilində kitabı təqdim olundu - FOTO

 08:27 07.10.2022     310

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcümə olunmuş kitabı nəşr edilmiş və Bakı şəhərində keçirilən 8-ci Beynəlxalq Kitab Sərgisində təqdimat mərasimi keçirilib. Kitab Özbək şairə Şəhla Qasımova tərəfindən özbək dilinə tərcümə edilib.

Redaktor.az xəbər verir ki, təqdimat mərasiminə Azərbaycan və Özbəkistan ədəbiyyat nümayəndələri, sərgi iştirakçıları qoşulub.

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov, özbək şairə Xosiyat Rüstəm çıxış ediblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin stendi təşkil edilib. Stenddə Azərbaycana dair Özbək dilinə tərcümə edilmiş nəşrlər sərgilənir.

Nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan dilində, həm də Özbək dilində təqdim olunur. Bundan başqa, şairənin irsi, əl işləri, çəkdikləri rəsmlər kitabda öz əksini tapıb.

Kitaba akademik Rafael Hüseynov ön söz yazıb. Kitab Şuşa ili münasibətilə nəşr edilmiş və Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim olunub.

2222
Vumart və Güvən reklamı Vumart Güvən