Avroviziya-2023-ə ev sahibliyi edəcək şəhər AÇIQLANDI

 14:09 08.10.2022     1031

Avroviziya-2023-ün keçiriləcəyi şəhər bəlli olub.

Redaktor.az xəbər verir ki, bu barədə musiqi yarışmasının aparıcısı və komediya ustası, 59 yaşlı Qrem Norton qonaq olduğu televiziya kanalında bildirib.

“Liverpul 2023-cü ildə 67-ci Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək şəhərdir”, - komediyaçı Qrem deyib.

Xatırladaq ki, bu il yarışmanın qalibi Ukrayna olub. Təşkilatçılar Rusiyanın işğalından sonra davam edən müharibə səbəbiylə dünyanın ən böyük mahnı müsabiqəsinin qalib ölkə olan Ukraynada keçirilə bilməyəcəyinə qərar verildiyini açıqlayıb. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən