Məşhur bəstəkarın cənazəsi Azərbaycana gətirildi

 11:43 12.10.2022     410

Oktyabrın 9-da vəfat edən tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətirilib.

Redaktor.az xəbər verir ki, bu barədə bəstəkarın qızı Canana Süleymanlı bildirib.

O bildirib ki, hazırda Bakıda hava limanındadırlar.

Qeyd edək ki, bu gün 13:30-dan 16:00-dək mərhumla Təzəpir Məscidində vida mərasimi keçiriləcək.

2
Vumart və Güvən reklamı Vumart Güvən