Yazıçılar Birliyinin qurultayının ləngiməsinin səbəbi AÇIQLANDI
"Qurultay 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub".
Redaktor.az xəbər verir ki, bunu Xalq yazıçısı Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna baxmayaraq AYB-də Qurultay səviyyəsində məruzələr olub və ayrıca kitab kimi nəşr olunub.












