"Hələ 5 il yaşayacam və sədr kimi fəaliyyət göstərəcəm" - Anar

 18:15 26.10.2022     322

"Əgər mətbuatın zəhərlərini uda-uda yaşaya bilsəm, bundan sonra hələ 5 il yaşayacam və sədr kimi fəaliyyət göstərəcəm".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.

O, mətbuata xahişlə müraciət edib:

"Mətbuatdan xahiş edirəm ki, AYB-yə düşmən münasibəti bəsləməyin, qərəzli yazılar yazmayın, hər şeyi tərsinə yozmayın. Bir az obyektiv və insaflı davranın".