Nazir musiqi məktəblərinin direktorlarına tapşırıq verdi

 15:25 31.10.2022     156

Mədəniyyət naziri Anar Kərimov Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, nazir uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü zamanı deyib.

A.Kərimov regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edib.