"İçərişəhər"də xalq artisti ilə görüş oldu

Noyabrın 2-də “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Şahin Seyidzadə ilə əslən İçərişəhərli olan, dünyaca məşhur caz ifaçısı və bəstəkar, Azərbaycanın Xalq artisti Əzizə Mustafazadə ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə sənətçi xanımın yaradıcılığından danışılıb, onun və atası, məşhur caz ustası, virtuoz pianoçu, bəstəkar Vaqif Mustafazadənin Azərbaycan caz musiqisində verdiyi töhfələrdən bəhs edilib.
Qeyd edək ki, oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçirilib.