Oğlu Arif Babayevin vəfatını təkzib etdi - YENİLƏNİB

 21:35 03.11.2022     1763

Bu gün bəzi kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə görkəmlu xanəndə, Xalq artisti Arif Babayevin dünyasını dəyişməsi barədə xəbər yayılıb.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, məsələyə aydınlıq gətirmək üçün xalq artistinin oğlu Yaşar Babayevlə əlaqə saxlanılıb.

Sənətkarın oğlu xəbəri təkzib edib:

"Yalan xəbərdir. Atam sağ-salamatdır və şükür səhhəti yaxşıdır, evdədir. Bu yalan xəbəri kim yayır?".

***

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Məşhur xanəndə Xalq artisti Arif Babayev vəfat edib.

Redaktor.az "bakupost"a istinadla xəbər verir ki, 84 yaşlı Xalq artistinin beyininə qan sızıb.

Qeyd edək ki, səhhətində tez-tez problem yaranan xanəndə daha öncə insult keçirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən