AYB-də audit yoxlaması başlayır? - Rəsmi CAVAB
Cari ildə Azərbaycan Yazıçılar Birliyində Hesablama Palatası tərəfindən audit aparılması nəzərdə tutulmur.
Redaktor.az xəbər verir ki, bu barədə modern.az-a Hesablama Palatasının İnformasiya azadlığı üzrə məsul əməkdaşı Vüqar İbrahimov bildirib.
Qurum rəsmisi qeyd edib ki, Palata öz fəaliyyətini illik iş planı əsasında “Hesablama Palatası haqqında” Q20-ci maddəsinə əsasən həyata keçirir.
“Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il iş üçün İş Planı təsdiq edilib. Cari ildə Azərbaycan Yazıçılar Birliyində Hesablama Palatası tərəfindən audit aparılması nəzərdə tutulmur”.
Qeyd edək ki, oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.
Tədbirdən sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən", deməsi böyük qalmaqala səbəb olub.
Mədəniyyə Nazirliyindən isə bildirilib ki, AYB hesabatı dekabrda açıqlayacaq.












