Polşada Üzeyir Hacıbəyli haqqında elmi iş yazılıb - VİDEO

Varşava Universitetinin türkologiya şöbəsinin məzunu Paulina Treşçotkonun elmi işi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yardıcılığı haqqındadır.
Redaktor.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin internet TV-si olan Diaspor TV-nin çəkiliş qrupu Polşaya səfərləri zamanı P.Treşçotko ilə görüşüb və onunla elmi işi barədə söhbət edib.
Varşava Universitetinin türkologiya şöbəsinin məzunu olan P.Treşçotko “Üzeyir Hacıbəylinin operalarında ədəbi motivlər” adlı tədqiqat işi haqqında, eləcə də Qarabağa, xüsusilə Şuşa şəhərinə olan marağı barədə danışıb. Eyni zamanda bildirib ki, mən Universitetdə azərbaycanlı müəllimdən dərs almışam.
O, müsahibəsində Şuşaya səfər etmək arzusunda olduğunu da bildirib.