Özbəkistanda Maqsud Şeyxzadənin yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

 14:59 24.11.2022     195

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, Özbək ədəbiyyatının dramaturqu, azərbaycanlı şair, ədəbiyyatşünas-alim, dünya ədəbiyyatı klassiklərinin özbək dilinə tərcümələrinin müəllifi, pedaqoq Maqsud Şeyxzadənin anadan olmasının 114-cü ildönümünə həsr olunmuş «Azadlığa can atan şair» adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə birgə təşkil olunan tədbirdə Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, ədəbiyyatşünaslar, yerli azərbaycanlılar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev ilk öncə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun  keçdiyi məşəqqətli ömür yolundan danışaraq, bu cür şəxsiyyətlərin fəaliyyətinin xalqlarımız arasında bir dostluq körpüsü yaratdığını qeyd edib. Nadir Əlimirzəyev Azərbaycanın Ağdaş rayonunda doğulan Maqsud Şeyxzadənin adının ölkəmizdə də əbədiləşdirildiyini, Ağdaş rayonunda məktəb-gimnaziyaya şairin adının verildiyini bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşamış Azərbaycan xalqının görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə aparılan işlərdən danışmış, bu istiqamətdə Mərkəz tərəfindən mühüm layihələrin  həyata keçirildiyini söyləyib.

Daşkənd Dövlət Nəqliyyat Universitetinin dekanı Abdulla Sotivoldiyev çıxış edərək iki xalqın böyük oğlu olan, Özbək ədəbiyyatında ölməz əsərlər yaradan Maqsud Şeyxzadənin  yaradıcılığının xalq arasında geniş sevildiyini qeyd edib. O, Özbək xalqının qəhrəmanı olan Cəlaləddin Manguberdi haqqında möhtəşəm əsər yaradan Maqsud Şeyxzadəni Özbəkistanda Özbək ədəbiyyatının Şekspiri adlandırıldığını qeyd edib.

Özbəkistan Elmlər Akademiyası nəzdində Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini Mənzura Otaconova bu cür tədbirlərin keçirilməsinin zəruriliyi və onların harmonik inkişaf etmiş nəslin yetişdirilməsində əhəmiyyətini vurğulamış,  gənc nəsildə qardaş xalqların mədəniyyətinə hörmət hissinin aşılamadığını qeyd edib.

Tədbir iştirakçılarına və qonaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Maqsud Şeyxadəyə həsr olunmuş “İkki xalqın iftixarı” adlı sənədli film təqdim olunub.

Sənədli filmdə  yazıçının doğulduğu vətəni Azərbaycandan başlayaraq, onun sürgün illəri, Özbəkistanda yaşadığı illər, Daşkənddə keçən həyatının müxtəlif dövrləri, pedaqoji fəaliyyəti əks etdirilir. Tarixi faktlarla zəngin olan film tədbirə gələnlərin böyük marağına səbəb olub.

Sonda tələbələr yazıçının əsərlərindən səhnəciklər göstərmiş, şeirlər, səsləndimişlər.

222222222