Nazirlikdən Türkiyəyə qarşı çəkilmiş filmlə bağlı  AÇIQLAMA

 16:06 30.11.2022     289

Xəbər verdiyimiz kimi, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.

Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Mədəniyyət Nazirliyi sözügedən məsələ ilə bağlı Redaktor.az-ın göndərdiyi sorğuya açıqlama verib.

Açıqlamada deyilir ki, mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq "Yayım vəsiqəsi" ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur.

""Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.

Bununla belə,  Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib. Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdirmək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb. Bir müddət sonra filmin nümayişi dayandırılıb.

Həmidə İbrahimova

Ist möglicherweise ein Bild von 1 Person und Text „70