Rusiyada tanınmış bakılı yazıçı vəfat etdi

 18:23 03.12.2022     327

Rusiyalı nasir İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə yazıçının ailəvi dostu, şairə Tatyana Semyonova məlumat verib.

Onun sözlərinə görə, Ştemler koronavirusun təsirindən vəfat edib.

“Bir həftə reanimasiyada qaldı. Yanvarın 18-də qeyd edəcəyimiz 90 illik yubileyinə cəmi bir ay yarım qalmış dünyasını dəyişdi”, - deyə o, əlavə edib.

Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində anadan olub.

O, “Qalmaq üçün getmək” (“Uyti, çtobı ostatsya”), “Taksi parkı” (“Taksopark”), “Univermaq”, “Arxiv”, “Qatar” (“Poyezd”), “Cənnətdə tənhalar” (“Odinokiye v rayu”) və s. əsərlərinin müəllifidir. Ştemlerin romanları teatrda və televiziyada tamaşaya qoyulub. 1986-cı ildə isə rejissor Vyaçeslav Sorokin tərəfindən “Taksi parkı”nın süjeti əsasında “Gediş haqqı” (“Plata za proyezd”) filmi lentə alınıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən