Qənirə Paşayeva Buxarada ictimai fəallar qarşısında çıxış edib - FOTO

 13:37 05.12.2022     324

Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə qardaş ölkədə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara vilayətinin Koqan rayonunda da tədbir təşkil edilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Koqandakı tədbirdə şəhərdə yaşayan, işləyən azərbaycanlılar, mədəniyyət işçiləri, sənət xadimləri, tələbə-gənclər, jurnalistlər və b. iştirak edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf etdiyini, bu inkişafın, demək olar, bütün əməli fəaliyyət sahələrini əhatə etdiyini deyib. O, belə bir yüksəliş ruhunun xalqlarımızın sarsılmaz dostluq-qardaşlıq ənənələrindən qaynaqlandığını, ali dövlət rəhbərlərimiz sayəsində örnək səviyyəyə yüksəldiyini vurğulayıb.

Q.Paşayeva, özəlliklə azərbaycanlıların sıx yaşadığı Koqanda mədəni mübadiləyə, qardaşlığın-dostluğun möhkəmlənməsinə xidmət edən belə tədbirlərin ardıcıl keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. O, belə ziyarətləri, mədəniyyət-ədəbiyyat həftəliklərini indiki iştirakçıları məmnun edən, gələcək nəsillərə yol göstərən və əcdadlarımızın ruhunu şad edən yüksək səviyyəli işbirliyinə töhfə adlandırıb.

Q.Paşayeva Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərini və Dünya azərbaycanlılarının, müstəqil türk dövlətlərinin, o cümlədən Özbəkistanın Azərbaycanın haqq işinə mənəvi, siyasi, informasiya dəstəyi göstərdiyini minnətdarlıqla xatırladıb. Komitə sədri Azərbaycanla Özbəkistan arasında işbirliyinin dərinləşməsinin yalnız iki ölkəyə deyil, ümumən Türk dünyasına xidmət etdiyini deyib.

Komitə sədri, Orta Asiya Türk-İslam memarlığının nadir örnəklərinə malik Buxaranın, onun Koqan şəhərinin yalnız Özbəkistan üçün deyil, bütün Türk-İslam dünyası üçün, mədəni dünya üçün özünəxas yerə, rola malik olduğunu vurğulayıb. – “Koqanda, ümumən Buxarada Azərbaycan mədəniyyətinə, ədəbiyyatına yüksək marağa şahid olmaqdan çox şadıq. Buxara vilayətində zəngin proqramlı Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin mədəni mübadilə və siz azərbaycanlı qardaş-bacılarımızla fikir alış-verişi baxımından da yaddaqalan olduğunu demək istəyirəm”.

Komitə sədri 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan olunduğunu və Şuşanın 2023-cü il üzrə Türk dünyasının, 2024-cü il üzrə isə İslam dünyasının Mədəniyyət paytaxtı olacağını deyib. O, “Şuşa İli”ndə qardaş Özbəkistanda Azərbaycanın Mədəniyyət paytaxtı Şuşanın adı, mahiyyəti ilə bağlı silsilə tədbirlərə görə əməyi keçən hər kəsə, Özbəkistan azərbaycanlılarına, Heydər Əliyeva adına Azərbaycan Mədəniyyət Mərkəzinə könül dolusu təşəkkür edib.

Azərbaycan nümayəndə heyəti Koqandakı Azərbaycan Mədəniyyət Mərkəzinə ölkəmizə dair nəşrlər, materiallar, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Görüşdə Özbəkistandakı Heydər Əliyeva adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və diaspor fəalları çıxış edərək, öz ürək sözlərini bölüşüb.

T.İSMAYIL

222222222222
Vumart və Güvən reklamı Vumart Güvən