Öz mandatınızı yerinə yetirin! - Nazirdən UNESCO-ya çağırış

 10:00 08.12.2022     305

Ərazilərimiz azad ediləndən sonra Azərbaycan missiya həyata keçirmək üçün UNESCO-ya müraciət edib və buna baxmayaraq müraciət cavabsız qalıb.

Redaktor.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

“Ancaq təəssüflər olsun ki, UNESCO mandatına uyğun olaraq mədəni mirasa sahib çıxmaq kimi öhdəliyi yerinə yetirməyib. Bu, Azərbaycan tərəfindən də mənfi qarşılanıb. Yenə də UNESCO-ya çağırış etmək istəyirəm ki, öz mandatını yerinə yetirsin və qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirsin”, - deyə nazir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən