Bakıda Türk Filmləri Həftəsinin açılışı olub - FOTO

 20:43 17.12.2022     436

Bakıda Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı keçirilib.

Redaktor.az xəbər verir ki, Türk Filmləri Həftəsi 17-21 dekabr tarixlərini əhatə edəcək.

Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutacaq.

Həmçinin gənc kinosevərlər üçün ustad dərsinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, film nümayişləri və ustad dərsinə giriş sərbəstdir.

Vumart və Güvən reklamı Vumart Güvən