İşdən çıxarıldacağı deyilən nazirdən yeni XƏBƏR VAR

 23:59 21.12.2022     321

Bu gün mədəniyyət naziri Anar Kərimov tanınmış və istedadlı heykəltaraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşüb.

Redaktor.az xəbər verir ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib.

Anar Kərimov uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

Qeyd edək ki, bu gün mediada Anar Kərimovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.

İşdən çıxarıldığı deyilən nazirdən yeni XƏBƏR VAR