Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

 08:51 22.12.2022     520

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, sənətkar yaşadığı Gəncə şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır. O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır.

2
Vumart və Güvən reklamı Vumart Güvən