Vaxtanq Kikabidze ilə vida mərasimi iki gün keçiriləcək

 21:38 16.01.2023     498

Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-i və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze bildirib.

“Ayın 17-18-də saat 16:00-da Kaşveti kilsəsində vida mərasimi olacaq, 19-da isə saat 14:00-da filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, - P.Burçuladze “Mtavari Archi” telekanalının efirində deyib.

Daha əvvəl V.Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da həyat yoldaşı və anasının da dəfn olunduğu Tbilisidəki Veriyski qəbiristanlığında torpağa tapşırılacağını açıqlamışdı.