Məşhur aktrisa təcili xəstəxanaya yerləşdirildi

 12:18 26.01.2023     644

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

Redaktor.az BAKU.WS-ə istinadən xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyevanın həyat yoldaşı açıqlamasında bildirib:

“Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən