Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi mükafatlandırldı - FOTO

 12:11 30.01.2023     715

Özbəkistanın aparıcı media təmsilçiləri, çoxsaylı respondentlər, tanınmış simalar, ictimaiyyət nümayəndələri arasında keçirilmiş onlayn sorğunun nəticələri məlum olub.

Redaktor.az xəbər verir ki, bununla əlaqədar, Daşkənddəki Əlişir Nəvai adına Panorama Kino sarayında təntənəli mükafatlandırma mərasimi təşkil olunub.

Tədbirdə Özbəkistanın hökumət nümayəndələri, ictimaiyyət, elm, mədəniyyət, təhsil xadimləri, deputatlar, jurnalistlər, bloqerlər iştirak ediblər.

Aparılan rəy sorğusu ölkədə aktiv fəaliyyət göstərən, mətbuatla sıx işləyən, əməkdaşlıq edən, fəaliyyətində şəffaflığa nail olan, vətəndaş cəmiyyəti, ictimaiyyətlə səmərəli fəaliyyət göstərən dövlət və qeyri-dövlət idarələri, ictimai təşkilatlar arasında ənənəvi “İlin seçimi-2022” müsabiqəsinə yekun vurulub.

Sosial sorğu çoxsaylı respondentlər, jurnalist və bloqerlərin, ictimaiyyətin fəal nümayəndələrinin rəyi əsasında onlayn formada və şəffaf aparılmış, müsabiqədə “ən nümunəvi region”, ”ən nümunəvi nazirlik”, “ən fəal deputat”, “ilin media lideri”, “ilin ən nümunəvi mətbuat katibi” və digər nominasiyalarda qaliblərə diplom və mükafatlar verilib.

Qeyd edək ki, rəy sorğusunda qeyd olunan tələblərə cavab verməyən dövlət qurumları, idarələrin adları da elan olunub.

Keçirilən səsvermə samanı Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrə aid təşkilatlar arasında “İlin ən fəal Mədəniyyət Mərkəzi” nominasiyasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qalib olub. Bununla bağlı diplom Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edilib.

Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri, diplomatik nümayəndəlikləri arasında  “İlin ən fəal Səfirliyi” nominasiyası üzrə qalib Türkiyə Respublikasının Səfirliyi olub.

Özbəkistan KİV-ləri eləcə də ictimaiyyət arasında hər il keçirilən, obyektivliyi və şəffaflığı ilə seçilən bu sorğunun nəticələri ölkə ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılanır, mətbuatda geniş şəkildə işıqlandırlır.

Ölkədə fəaliyyət göstərən dövlət qurumları, təşkilat və hakimiyyət orqanları da bu sorğunun nəticələrinə böyük əhəmiyyət verirlər.

Müsabiqəyə əsasən Özbəkistanda “İlin ən fəal dövlət qurumu” Gənclərlə İşlər Agentliyi, “İlin ən yaxşı vilayət hakimiyyəti, dövlət qurumu” Səmərqənd Vilayət Hakimiyyəti, “İlin ən fəal deputatı” Özbəkistan Ali Məclisinin deputatı Rəsul Kuşarbayev layiq görülüblər.

Tədbirdə jurnalistlərin, yaradıcı şəxslərin öz fəaliyyətinə yer verilmiş, bədii proqram təqdim olunub.

Həmidə İbrahimova

22222