Adil Kərimli mərkəz direktorunu işdən çıxardı - FOTO -YENİLƏNİB
Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin əmək fəaliyyəti zamanı aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.
Redaktora.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Xatırladaq ki, S.Xələfbəylinin müavini və Mərkəzin şöbə müdiri də işdən çıxarılıb.
***
Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifəsindən azad edilib.
Redaktor.az xəbər verir ki, Səadət Xələfbəyli ilə yanaşı, Mərkəzin direktor müavini və şöbə müdiri də eyni qanun pozuntularına görə işdən azad olunublar.
Əldə olunan məlumatlara görə işdən çıxarılan Səadət Xələfbəyli keçmiş mədəniyyət naziri Anar Kərimovun qohumudur.