Teatr direktorunun vəzifəsinə xitam verilmə səbəbi açıqlandı - FOTO

 14:14 04.02.2023     2086

Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

***

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.

“Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır”, - məlumatda deyilir.

İntiqam Hacılı isə bildirib ki, Lənkəran teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə varsa, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər”.