“Wikipedia.org”da Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub - FOTO

 12:43 15.02.2023     320

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “İslahatçı Gəncələr” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində keçirilən “Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq Əməkdaşlıq Forumu” çərçivəsində “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dillində yaradılan bölmələrin təqdimatı olub.

Qeyd edək ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi ilkin mənbə olması və bu Ensiklopediyada dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən nəhəng layihəyə start verib.

Redaktor.az xəbər verir ki, öncə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov internetdə, elektron və çap mediada Azərbaycana dair Özbək dilində məlumatların zənginləşdirilməsi, bu istiqamətdə Özbək mətbuatı ilə yaradılan sıx əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələr barədə məlumat verib.  Diplomat 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında aparılan monitorinq nəticəsində məlum Azərbaycana dair Özbək dilində məlumatların olduqca az, qeyri-obyektiv və tələblərə cavab vermədiyini bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi, habelə Wikipedia könüllülərinin iştirakı ilə Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycana dair Özbək dili versiyasının yaradılması işinə start verilib.

Ötən 6 ildə Özbəkistanda Wikipedia könüllüləri tərəfindən məlumatların seçilməsi, sistemləşdirilməsi, tərcüməsi və onlayn Ensiklopediyada yerləşdirilməsi həyata keçirilmişdir.  Layihə çərçivəsində İnternetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə etmək imkanı qazanıb.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında «Azərbaycan Vikipediyada» adlı bölmədə yerləşdirilmiş və Özbək dilində yaradılmış məqalələr təqdim edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə hazırlanmış xüsusi təqdimatı nümayiş etdirilib.

Qeyd olunmuşdur ki, ötən dövr ərzində Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair Ozarbayjon, Ozarbayjon Demokratik Respublikasi, Haydar Aliyev, Ilhom Aliyev, Mehribon Aliyeva, Haydar Aliyev jamgʻarmasi, Laylo Aliyeva, Ozarbayjon xalqining Milliy najot kuni, Asr shartnomasi,  Ozarbayjon madaniyati, Qiz qalʼasi, Kelag‘ayi, Ozarbayjon ashug san’ati, Kitobi dadam Qoʻrqut, Ko‘ro‘gli dostoni, Ozarbayjon kinosi, Ozarbayjon oshxonasi, Davlat bayrogʻi maydoni, Icheri-sheher, Ateshgyax, Kobuston davlat tarixiy-badiiy qo‘riqxonasi adlı  bölmələr istifadəyə verilib.

Bundan başqa, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, həyata keçirdiyi soyqırım siyasətinə dair  yaradılmış Mart genotsidi,  Qora yanvar, Qorabogʻ mojarosi, Qorakent fojiasi, Xodjali genotsidi, Xonkandi, Zangezur, Gubadli tumani, Irevan Davlat Ozarbayjon Drama Teatri, Shusha tumani, Xaribulbul musiqa festivali, Fuzuliy tumani, Agʻdam tumani, Jabrayil tumani, Xudaferin koʻpriklari, Shusha Davlat Tarixiy-Meʼmoriy Qoʻriqxonasi, Lachin, Kalbajar, Iravan xonligi, Qorabogʻ, Susuzlug qishlogʻi yaqinida portlash, Polad Hoshimov başlıqlı məqalələr onlayn istifadəçilərə təqdim edilib.

Yaradılmış bölmələrdə Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimləri haqqında məqalələ üstünlük verilmiş Nizomiy Ganjaviy, Muhammad Fuzuliy, Imomiddin Nasimiy, Said Azim Shirvoniy, Mirzo Alakbar Sobir, Jalil Mammadqulizoda, Husayn Jovid, Xurshudbonu Natavon, Narimon Narimonov, Abdurahimbek Haqberdiyev, Uzeyir Hajibeyov, Mikayil Mushfig, Xon Shushinskiy, Fikret Amirov və başqa ədiblərimizə dair yaradılmış məqalələr nümayiş etdirilib.

Təqdimatda iştirak edən Özbək gənclər layihəyə və  yaradılmış bölmələrə dair suallar səsləndiriblər.

Vurğulanıb ki, qeyd olunan bu bölmələr üzrə Özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi buradan ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə bilər.

Qeyd olunub ki, bugünə qədər yüzlərlə bölmə istifadəyə verilmiş və hazırda bu iş Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən uğurla davam etdirilir.

2222