Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO

 22:43 23.02.2023     1592

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, baş opera müğənnisi Əli Əsgərov dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, Əli Əsgərov 62 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva bildirib ki, baş opera müğənnisi ötən gün insult keçirib və müalicə üçün xəstəxanaya yerləşdirilib: "Şəxsən teatrın rəhbərliyi onun səhhəti ilə maraqlanırdı. Lakin, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Əli Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirib, 1990-cı ildən teatrın solistidir.

Əli Əsgərov bir cox beynəlxalq vokal müsabiqələri və festivallarında iştirak edib. 1997-ci ildə Bülbül adına vokalçılarin I beynəlxalq müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.

Allah rəhmət eləsin!

2