Yazıçılar Birliyi “Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirəcək

 17:45 01.03.2023     682

Martın 4-də Azərbaycan Yazıçılar Birliyi Beynəlxalq Muğam Mərkəzində “Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirəcək.

Redaktor.az xəbər verir ki, tədbirdə tanınmış şairlər öz şeirlərini səsləndirəcək, milli və klassik musiqi  ifa olunacaq. 

Tədbirin təşkilatçılarından olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu bildirib ki, bu ideya Birliyin sədri, Xalq yazıçısı Anara məxsusdur:

”Bu tədbir daha əvvəl planlaşdırılsa da Muğam Mərkəzinin qrafikinə uyğunlaşdıq. Təklifi  zəlzələnin ilk günlərində Anar müəllim verdi və biriliyin rəhbər heyəti  ilə başsağlığı üçün Türkiyə səfirliyini ziyarət edəndə cənab səfirə də bildirdik. Əslində Yazıçılar Birliyi ölkəmizdəki bir çox təşkilatlar kimi zəlzələdən zərər çəkənlərə maliyyə yardımı elədi. Amma qərara alındı ki, belə bir tədbirin də  keçirilməsi yaxşı olardı. Bu ilk növbədə qardaşlıq borcumuzdur.

Tədbirə giriş pulsuzdur. Foyedə qutu qoyulacaq. Kimin ürəyə nə qədər istəyir yardım edəcək. Və bu vəsait  Türkiyənin ölkəmizdəki səfirili vasitəsilə ,onların nümayəndəsi tədbirdə iştirak edəcək, zəlzələdən əziyyət çəkənlərə yardım fonduna yönəldiləcək. Belə ənənələr olub. Bu gün də olması vacibdir...”