Əməkdar artist vəfat etdi

 19:58 07.03.2023     667

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov vəfat edib.

Redaktor.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Məlumatı mərhumun bacısı oğlu, Əməkdar artist Rəşad İlyasov da təsdiqləyib.

Y.Eyvazovun uzunsürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Y.Eyvazov Xalq artisti Şəfiqə Eyvazovanın qardaşıdır (qafqazinfo).

Allah rəhmət eləsin!