"Avroviziya-2023"ün Azərbaycan təmsilçisi məlum oldu

"Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.
Redaktor.az xəbər verir ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.
Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.